Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti ilə bağlı yenilik 

Martın 1-dən qüvvəyə minəcək...

Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına qadağa qoyur. Qadağa, hələlik, altı aylıq bir dövrü əhatə etməlidir. Rusiya rəsmiləri bu qadağanı irəlidən gələn tarla işlərinə görə yanacağa tələbatın artması ilə əlaqələndirirlər. Azərbaycan Aİ-92 markalı benzindən fərqli olaraq, Aİ-95 və Aİ-98 istehsal etmir. Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunduğu açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2023-cü ildə 86 min 36.95 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu da 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Əsas idxal (40 min 261.56 ton) Rusiya Federasiyasından gerçəkləşdirilib

Azərbaycan benzinin əhəmiyyətli hissəsini Rusiyadan idxal edir. Bəs bu qadağa Azərbaycanda benzinin bahalaşmasına səbəb olacaq?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, Rusiyanın benzin idxalına qadağa qoyması Azərbaycanda benzinin qiymətlərinə birbaşa təsir göstərməməlidir:

Azərbaycan idxal etdiyi premium markalı benzinin bir hissəsini Avropa ölkələrindən, xüsusən də Rumıniyadan idxal edir. Nəzərə alsaq ki, premium markalı benzində mənbələr tapmaq və idxalı əvəzləmək mümkündür, bunu ciddi bir problem yaratama ehtimalı azdır. Çünki praktiki olaraq region ölkələrində premium markalı benzin istehsalı həyata keçirilir. Bu da Azərbaycana imkan verir ki, daha qısa zamanda, bir ölkədə idxalla bağlı qadağa müəyyənləşirsə, digər ölkədən həmin benzinin idxalını həyata keçirə bilsin. Buna görə də bu, Azərbaycanda benzinin qiymətinin artması ilə bağlı hər hansı bir iqtisadi zəmin yaratmamalıdır”.

Deputat qeyd edib ki, sahibkarlar tərəfindən bundan istifadə edilərək süni qiymət artımına gedilməsi heç bir halda arzuolunan deyil.

Onun sözlərinə görə, Dövlət Neft Fondu qısa zamanda Aİ-95 və Aİ-98 markalı benzin istehsalını reallaşdırmalıdır, çünki Azərbaycan neft ölkəsidir və Azərbaycanda premium markalı benzinin istehsalı vacibdir:

“Buna görə də, Rusiya tərəfinin ixraca müəyyənləşdirdiyi qadağalar həm də Azərbaycan üçün premium markalı benzinin istehsalını tezləşdirməsi baxımından da bir mesaj kimi qiymətləndirilməlidir. Çünki bu ondan xəbər verir ki, istənilən zaman idxalla bağlı müəyyən çətinliklər ola bilər. Ona görə də daha məqsədəuyğundur ki, Azərbaycanın özündə yerli Aİ-95 premium markalı benzinin istehsalına keçirilsin”.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Rusiyanını benzin idxalına qoyduğu qadağa ilk deyil:

“Bundan əvvəlki vaxtlarda belə qərarlar qəbul edilərkən Rusiya hökuməti müəyyən qaydalarla ixraca icazə verirdi. Bəzi ölkələrə benizini almaq üçün xüsusi lisenziyalar verirdilər və Azərbaycan o zaman bu şəraitdən istifadə edib benzin alırdı. Yəni bu tam olaraq benzinin qadağan olunduğu anlamına gəlmir. Eyni zamanda Azərbaycan təkcə Rusiyadan yox, Rumıniyadan da Aİ-95 və Aİ-98 markalı benzin alır. Yəni Rusiya tamamilə qadağa qoyarsa, Rumıniyadan almaq imkanlarımız var".

İqtisadçı qeyd edib ki, Azərbaycanda Aİ-95 premium markalı beniznin qiyməti zatən kəskin artaraq 2 manat oldu və həmin zaman dünya bazarında neftin qiyməti 118-120 dollar aralığında dəyişirdi. Onun sözlərinə görə, hazırda neftin qiyməti 82-90 dollar arasıdır, təxminən qiymət 30-35 dollar düşüb, amma bizdə benzin ucuzlaşmadı: “Hazırda ölkədə benzin qiymətinin artırılması üçün iqtisadi reallıq yoxdur. Yəni bir tək Rusiyaya görə benzinin qiymətinin artırılmasına ehtiyac yoxdur”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar